Bank Of Baku

Üzeyir Hacıbəyli Budapeştdə anılıb - FOTO

Üzeyir Hacıbəyli Budapeştdə anılıb - <font color=red>FOTO</font>
# 19 sentyabr 2011 10:01 (UTC +04:00)
Bakı - APA. Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə sentyabrın 18-də dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü – Milli Musiqi Günü Budapeştdə də qeyd olunub. Səfirlikdən APA-ya verilən məlumata görə, “Dunay” simfonik orkestrinin və azərbaycanlı musiqiçilərin birgə iştirakı ilə keçirilən bayram konsertində Azərbaycan və macar bəstəkarlarının yaradıcılığından nümunələr səsləndirilib.

Bakı Musiqi Akademiyasının professoru Ramiz Quliyevin tarda ifası böyük maraqla qarşılanıb. Bu musiqi aləti ilə ilk dəfə tanış olan macar dinləyiciləri sənətkarı ayaq üstdə uzun müddət alqışlayıblar. İstedadlı dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev yüksək musiqi duyumunu və peşəkarlıq xüsusiyyətlərini bir daha nümayiş etdirib. Onun dirijorluğu altında “Dunay” simfonik orkestri qısa müddət ərzində Azərbaycan bəstəkarlarının milli özünəməxsusluğu ilə seçilən əsərlərini məharətlə ifa etməyə nail olub. Gənc pianoçu, Ferens List adına Budapeşt Musiqi Akademiyasının magisrtantı Jalə Rəsulova royalda Azərbaycan bəstəkarlarının əsərlərindən solo parçaları səsləndirib.

Konsertdən əvvəl tamaşaçılar qarşısında çıxış edən səfir Vilayət Quliyev Azərbaycanın mədəni və mənəvi həyatında Üzeyir Hacıbəyli fenomenindən, onun zəngin yaradıcılıq irsindən, bu gün də yaşayan ənənələrindən bəhs edərək Azərbaycanda qeyd olunan milli musiqi günü haqqında məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR