Bank Of Baku

Bakıda keçiriləcək II Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 21 çap-poliqrafiya müəssisəsi və kitabxana qeydiyyatdan keçib

Bakıda keçiriləcək II Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 21 çap-poliqrafiya müəssisəsi və kitabxana qeydiyyatdan keçib
# 19 sentyabr 2011 10:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 28-dən 30-na qədər Əl Oyunları İdman Sarayında II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək. Nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunan sərginin hazırlıq işləri başa çatmaq üzrədir.

Sentyabrın 15-də iştirakla bağlı sənədlərin qəbulu başa çatıb. İndiyədək Azərbaycandan 88, xarici ölkələrdən 21 çap-poliqrafiya müəssisəsi və kitabxana qeydiyyatdan keçib. II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının zəngin proqramı var. Buraya kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar və s. daxildir. Sərginin sonunda Təşkilat Komitəsi tərəfindən ən yaxşı nəşriyyat və ən yaxşı kitab mükafatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR