Bank Of Baku

Əbülfəs Qarayev Vyananın vitse-meri Renata Braunerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Əbülfəs Qarayev Vyananın vitse-meri Renata Braunerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
# 19 sentyabr 2011 10:52 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Vyana şəhərinin vitse-meri Renata Braunerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, görüşdə ikitərəfli qarşılıqlı əməkdaşlıq, mədəniyyət və turizm sahələrində təcrübə mübadiləsi ətrafında danışılıb.

Əbülfəs Qarayev qeyd edib ki, Vyana çox köklü mədəniyyətə malikdir və bu təcrübədən yiyələnmək mütləqdir: “Vyana hər kəs üçün mədəniyyət və incəsənət şəhəridir. Sizin ölkəmizə səfəriniz Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ilə eyni vaxta təsadüf edib. Bu da çox sevindiricidir, çünki elə Vyanada da dahi bəstəkarımızın əsərləri səhnəyə qoyulub və çox böyük uğur qazanıb. İstər muzey, istərsə də kitabxana sahəsində qarşılıqlı əməkdaşlıq etmək istərdik”.

Vyana şəhərinin vitse-meri Renata Brauner Bakı ilə Vyananı qədimiliyin və tarixiliyin birləşdirdiyini dilə gətirib. Qonaq Azərbaycanda olmalarından və günü-gündən yeniləşən Bakını gəzmək imkanı qazanmalarından məmnunluğunu ifadə edib. O, Azərbaycan muzey mütəxəssislərini, eləcə də gəncləri Vyana muzeylərində görmək istəyini də açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR