Bank Of Baku

TÜRKSOY-un qeyri-maddi irs üzrə IV seminarı keçirilib

TÜRKSOY-un qeyri-maddi irs üzrə IV seminarı keçirilib
# 19 sentyabr 2011 13:37 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli Tatarıstanın Kazan şəhərində keçirilmiş qeyri-maddi irs üzrə TÜRKSOY-un IV seminarında iştirak edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, seminara Azərbaycan, Qazaxıstan, Türkiyə, Türkmənistan, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan respublikaları, Şimali Kipr, Moldovanın Qaqauz Yeri muxtar vilayəti, TÜRKSOY və UNESCO-dan nümayəndə heyətləri qatılıb.

Tədbirdə TÜRKSOY-un qeyri-maddi mədəni irsə həsr olunmuş internet saytının təqdimatı keçirilib, üzv dövlətlərin qeyri-maddi mədəni irsinin siyahısının layihəsi, TÜRKSOY-un 2012-2015-ci illər üçün “Qeyri-maddi mədəni irs paytaxtları” proqramının formalaşdırılması və digər məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR