Bank Of Baku

Azərbaycan Rusiyanın Sverdlovsk vilayəti ilə mədəniyyət sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Rusiyanın Sverdlovsk vilayəti ilə mədəniyyət sahəsində əməkdaşlıq edəcək
# 19 sentyabr 2011 15:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Rusiyanın Sverdlovsk vilayətinin mədəniyyət naziri Aleksey Babayevlə görüş keçirib. APA-nın məlumatına görə, görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın Rusiyanın Yekaterinburq vilayətindəki səfiri Soltan Qasımov iştirak ediblər.

A. Babayev deyib ki, bu gün Azərbaycan Dövlət Opera və Balet Teatrında Polad Bülbüloğlunun Yekaterinburq Teatrında səhnəyə qoyulan “Eşq və ölüm” baleti oynanılacaq: “Bu baletin hər nümayişi bizim ölkədə anşlaqla baş tutur. Biletlər nümayiş günündən bir neçə gün əvvəl satılıb qurtarır. İndi isə biz bu baleti müəllifin öz ölkəsi olan Azərbaycanda oynayacağıq və müsbət qarşılanacağına inanırıq”.

Ə. Qarayev isə Sverdlovsk vilayəti ilə kitabxana, muzey və turizm sahəsində birgə işlərin görülməsindən danışılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR