Azərbaycan teatrlarının internet saytlarının olmamasının səbəbi nədir? - ARAŞDIRMA
Akademik Milli Dram Teatrı yeni internet portalının hazırlanmasına 5000 manatdan çox vəsait xərcləyib
Məlum olub ki, 139 yaşını qeyd edən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının heç bir internet saytı fəaliyyət göstərmir. Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov mövzu ilə bağlı APA-ya bildirib ki, artıq teatrın veb-saytı hazırdır və yaxın vaxtlarda təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulur: “Bu yaxınlarda Akademik Milli Dram Teatrının saytı istifadəyə veriləcək. Əvvəllər bizim teatrın saytı var idi, amma bu sayt o qədər də qənaətbəxş deyildi. Sonra İsrafil İsrafilovla birgə adam tapdıq və yeni saytın hazırlanmasına başlanıldı. Yeni saytımıza xeyli vəsait xərclənib”. E. Cəfərov deyib ki, artıq yeni saytın hər şeyi hazırdır, sadəcə təqdimat mərasimindən sonra istifadəyə veriləcək: “Düşündük ki, bu sayta ucuz təqdimat etməyək. Təqdimatı oktyabr üçün nəzərdə tuturuq. Saytımız Azərbaycan, rus və ingilis dillərində hazırlanıb. Yeni saytın hazırlanması üçün təxminən 5000 manatdan artıq pul xərclənib. Çox mükəmməl bir saytdır və ümid edirik ki, ictimaiyyətin xoşuna gələcək. Bu saytın hazırlanmasını teatrımızın vəsaiti hesabına başa gəlib. Əslində saytın olması teatrların işini asanlaşdırır”.
Gənc Tamaşaçılar Teatrı: “Bu bizim teatrın ən yaralı yeridir”
Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının internet portalının hazırlanmasında isə ciddi problemlərin olduğu ortaya çıxıb. Teatrın direktoru Mübariz Həmidov APA-ya bildirib ki, teatrlarda informasiya nöqteyi-nəzərindən internet saytların olması çox vacib bir məsələdir: “Bu bizim teatrın ən yaralı yeridir. Çünki hələ iki il bundan əvvəl – təmirdən sonra teatr binasına köçmək ərəfəsində saytımızın materialları üç dildə hazır idi. Elə indi də bu materiallar əlimizdə qalıb. Saytın hazırlanması üçün bir şirkətlə danışdım, onlara sifariş verdik, saytı işləyib hazır elədilər. Sözün düzü, görülən iş məni və bu işlə məşğul olan insanları qane eləmədi. Çox bəsit formada hazırlandığından o saytı açmaqdan imtina etdik. İkinci addımda başqa bir şirkətlə əlaqə saxladıq, təxminən 7-8 ay bundan əvvəl həmin şirkətə lazımi vəsaiti ödədik, materialları təqdim etdik və istəyimizi, arzumuzu söylədik. Sayt hazırladılar, amma sayt o vaxt elə vəziyyətdə idi ki mən heç üzə çıxarmadım. İkinci sayt pis deyil, amma o da üzə çıxmır. Saytın test variantı var və açmaq olur. Amma tam sona kimi işlənilməyib”. M. Həmidov vurğulayıb ki, sözügedən saytda teatrın cari və həftəlik repertuarı, tarixi, videolar, fotoalbom, tərəfdaşları öz əksini tapıb. Öyrəndik ki, teatr rəhbərliyi heç istifadəyə verilməyən və bəsit hazırlanmış ilk sayta 800 manat, hələ üzə çıxmayan ikinci sayta isə 1000 manat ödəyib: “800 manat ödəmişdim və o pul da batdı. İkincisini isə 1000 manata danışmışıq və artıq pulun yarısını ödəmişəm, amma bu iş də səkkiz aydır tilsimə düşüb. Müqaviləmiz də var və mən məhkəməyə də müraciət edə bilərəm. Sadəcə düşünürəm ki, gənc oğlandır və yəqin gəlib öhdəsinə düşəni edəcək. İlin sonuna qədər işini görməsə, artıq məhkəməyə verəcəyəm. Bu gün kompüter bizə hava və su kimi lazımdır. Teatrlara mütləq şəkildə sayt lazımdır, çünki xariclə danışıqları da elə sayt vasitəsi ilə aparmaq olar. Mən bu halı özümüzə həqiqətən də eyib bilirəm”.
Musiqili Komediya Teatrı da saytını yeniləyir
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı da digər dövlət teatrlarından bu baxımdan geri qalmır və hazırda saytı fəaliyyət göstərmir. Suallarımızı cavablandıran teatrın direktor müavini Elxan Ocaqov, teatrın saytı üzərində hazırda yenidən iş getdiyini açıqlayıb: “Teatrımızın saytı aktiv idi, köhnəldiyi üçün yeniləmək qərarına gəldik. Yeniləşmə haradasa iki-üç ay müddətində bitəcək. Bizim teatrın üç dildə saytı aktiv idi, sadəcə teatrımızın beynəlxalq əlaqələri, eləcə də vəfat edənlərin, mükafat alanların siyahısı hazırlanmalı idi deyə saytı dayandırdıq. Axı saytın köhnə repertuarla fəaliyyəti göstərməsi yaxşı deyil. Saytda videolar yerləşdiriləcək, hər bir aktyorun yaradıcılığı ilə bağlı məlumatlar yer alacaq”. E. Ocaqov köhnə saytın bu günün tələblərinə uyğun olmadığını deyib: “Biz saytın fəaliyyəti dövründə bir neçə festivalda iştirak etmişik. Teatrımızın Beynəlxalq Teatr Assosiasiyasına üzvlüyü də saytın hesabına olub”.
Rus Dram Teatrı saytının fəaliyyətindən razıdır
Digər teatrlarla müqayisədə virtual məkanda daha fəal işləyən Dövlət Rus Dram Teatrının direktoru Ədalət Hacıyev APA-ya bildirib ki, teatrın saytı (www.rusdrama-az.com) 2008-ci ildən istifadəyə verilib və saytın olması çox şeylərdə onlara yardımçı olur: “Düşünürəm ki, bu gün teatrların saytının olması vacib məsələdir. Saytın olması həm də teatrımızın beynəlxalq arenada tanıdılmasına kömək edir. Amma təəssüf edirəm ki, bir çox teatrların saytları yoxdur. Əgər bugünkü gündə buna imkan yaradılıbsa, bundan istifadə etməliyik. İnternet sərhəd tanımır və hər yerdən saytlara girmək mümkündür”. Ə. Hacıyev onu da əlavə edib ki, Rus Dram Teatrının bu zamana kimi bir çox beynəlxalq festivallarda iştirakı da məhz internet sayt vasitəsi ilə olub: “Saytda Rus Dram Teatrının fəaliyyəti və repertuarı ilə tanış olduqdan sonra festivallarla dəvət edirlər. Saytımız rus, Azərbaycan və ingilis dilindədir. Saytımızın vaxtaşırı yenilənir. İstənilən bir ölkə teatrı Azərbaycana gələndə və ya bizim teatr kollektivini dəvət edəndə ilk soruşduqları şey saytdır. O səbəbdən də saytın olması mütləqdir”.
Dövlət Yuğ Teatrının saytı yalnız ingilis dilində fəaliyyət göstərir
Dövlət Yuğ Teatrının saytına gəlincə bildirək ki, www.yugteatr.org ünvanında fəaliyyət göstərən sayt yalnız ingilis dilindədir. Teatrın mətbuat xidmətinin rəhbəri Elçin Cəfərov APA-ya bildirib ki, bu teatrın saytını direktor Tərlan Rəsulov özü hazırlayıb: “Eyni zamanda bu teatrın saytına əlavə vəsait ayrılmayıb. Artıq saytı yeniləmək haqqında düşünürük və bununla bağlı danışıqlarımız olub. Hazırda saytımız ancaq ingilis dilindədir, amma yeni variantda üç dildə nəzərdə tuturuq”.
Azərbaycan Dövlət Opera və Balet Teatrının mətbuat xidmətindən də bildirilib ki, teatrın üç dildə internet saytı ötən il istifadəyə verilib və www.tob.az ünvanında fəaliyyət göstərir. Bu sayta nəzarəti isə teatrın özü aparır.
Sözsüz ki, paytaxt teatrlarının internet saytlarının mövcud vəziyyəti o qədər qənaətbəxş deyil. Öyrəndik ki, bu vəziyyət daha pis formada bölgə teatrlarına da aiddir. Bu hal eyni ilə Sumqayıt Dövlət Dram Teatrı üçün də keçərlidir. Bu sıraya eyni zamanda Şuşa Dövlət Musiqili Dram Teatrı, İrəvan Dövlət Dram Teatrı da daxildir. Ən təəssüfləndirici hal ondadır ki, bəzi teatrların müvafiq internet ünvanları olsa da, bu saytların fəaliyyətsizliyindən teatr rəhbərliyi belə xəbərsizdir. Həmin internet saytlarına daxil olduqda saytın nə qədər fəaliyyətsiz olduğu məlum olur. Bunun əsas səbəbi kimi isə saytların hazırlanmasına dövlət dəstəyinin olmamasını, eləcə də teatrların buna maraq göstərməməsini göstərmək doğru olardı.
Mədəniyyət siyasəti
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
Zeytun Festivalında estrada ulduzlarının konserti olub
Xalq rəssamı Fərhad Xəlilov: "İstiqlal" ordeninin şəklini hazırlayanda heç fikirləşməzdim ki, bunu alacam
Kino Agentliyi xəbərdarlıq edib: “44” filmini icazəsiz qeydə alanlar məsuliyyətə cəlb oluna bilər
Xəbər Lenti
Liviyanın Baş naziri Trampın ölkəsi barədə açıqlamasına etiraz edib
Səudiyyə Ərəbistanına atılan 10 ballistik raket zərərsizləşdirilib
Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir
Braziliyada prezident seçkilərinin ikinci turu keçirilir
Fransada 1300-dən çox şəxsin saxlanıldığı toqquşmalar - FOTOLENT
Obama Tramp administrasiyasının İran siyasətini tənqid edib
Bakıda ölümlə nəticələnən kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub
Putin: Rusiya qazı hələ də Avropanın mayeləşdirilmiş təbii qaz bazarının 20 faizini təşkil edir
Bolqarıstanda prezident seçkiləri: 27 namizəd mübarizə aparır, ikinci tur gözlənilir
Kreml: Rusiya noyabrın 4-dən sonra ABŞ və Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə hazırdır
U-15 dünya çempionatı: Yığmamız Avstraliya ilə qarşılaşacaq
Bakı Bulvarında Zeytun Festivalının son günüdür - FOTOLENT
Rusiya ABŞ-a istənilən həcmdə dizel yanacağı tədarük etməyə hazır olduğunu açıqlayıb
Kreml: Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb
Husilər Ər-Riyad hava limanını yenidən vuracaqları ilə hədələyiblər
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
U-15 dünya çempionatı: Azərbaycan millisi növbəti qələbəsini qazanıb - FOTOLENT - YENİLƏNİB
Litva Avropa İttifaqında saatların dəyişdirilməsinin ləğvi üçün səsvermə təşəbbüsü ilə çıxış edib
Azərbaycanın bəzi rayonlarında yollarda görünüş məsafəsi məhdudlaşacaq
ISW: Ukrayna ordusu Rusiyanın Kupyansk istiqamətində irəliləməsinə mane olur
Ramanada tullantılar tinglərlə dəyişdiriləcək
İran ABŞ-a məxsus pilotsuz uçuş aparatını vurduğunu açıqlayıb
Serbiyada növbədənkənar parlament seçkiləri keçirilir
Rusiyanın Perm diyarına PUA hücumu olub, 5 nəfər xəsarət alıb
Sabah Bakıda yağış yağacağı, şimşək çaxacağı gözlənilir - PROQNOZ
Tovuzda avtomobil piyadanı vuraraq öldürüb - YENİLƏNİB
FHN ölkə üzrə silsilə maarifləndirmə tədbirləri keçirib - FOTOLENT
Bakıda Kanaki və Tahiti komandalarına dəstək aksiyasından maraqlı fotolar
Yeni Kaledoniyadan dəstək aksiyasının iştirakçısı: Gənc futbolçularımızın bizi Bakıda təmsil etməsi böyük qürurdur
Fransız Polineziyasından dəstək aksiyasının iştirakçısı: Gənclərimizin Bakıda yarışması bizi sevindirir
Bakıda Yeni Kaledoniya və Fransız Polineziyasının gənc futbolçularına dəstək aksiyası keçirilib - FOTOLENT - YENİLƏNİB
Naxçıvan-Şahbuz magistralında ağır qəza, xəsarət alanlar var - FOTOLENT
Azərbaycanlı itkin ailələri Brüsseldə silsilə aksiyalar keçirib - FOTOLENT
İlham Əliyev Qazaxıstan Prezidentini Respublika Günü münasibətilə təbrik edib
Neftçalada aylıq normadan çox yağış yağıb, bəzi rayonlara qar düşüb - FAKTİKİ HAVA
Bakıda "Turandot" tamaşasının premyerası baş tutub - FOTOLENT
Bolqarıstanda prezident seçkiləri keçirilir
Lissabonda polis etirazçılara müdaxilə edib, saxlanılanlar var - FOTOLENT
Xırdalanda avtomobil aşıb, sürücü xəsarət alıb - VİDEO
İordaniyada kilsəyə silahlı hücum nəticəsində ölənlərin sayı 9-a çatıb - YENİLƏNİB
Müdafiə naziri: Britaniya 1000 gün ərzində müharibəyə hazır olmalıdır
Ərəb koalisiyası ər-Riyad üzərində daha bir pilotsuz uçuş aparatını vurub
İsrail ordusu seçki öncəsi hazırlıq səviyyəsini maksimuma çatdırıb
Tramp Danimarkanın Qrenlandiyanı ABŞ-a verdiyini düşünür
Ermənistan “Uşaq Avroviziya 2026”nın qalibi olub
İtaliyada etirazlar zamanı 371 nəfər saxlanılıb
Tramp ABŞ Konqresinə seçkilərdə iştirak edib
İran ABŞ-a yeni təkliflər göndərməsi ilə bağlı xəbərləri təkzib edib
Husilər ər-Riyad hava limanını hərbi hədəf elan ediblər