Bank Of Baku

Bakıda Yekaterinburq Opera və Balet Teatrının balet truppasının ifasında Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti nümayiş olunub

Bakıda Yekaterinburq Opera və Balet Teatrının balet truppasının ifasında Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti nümayiş olunub
# 20 sentyabr 2011 08:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Sentyabrın 19-da Bakıda keçirilən III Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində xalq artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baleti nümayiş olunub. APA-nın məlumatına görə, tamaşa Yekaterinburq Dövlət Opera və Balet Teatrının balet truppasının ifasında təqdim edilib. Tamaşanın dirijoru Pavel Kliniçev, quruluşçu xoreoqrafı Rusiyanın əməkdar incəsənət xadimi Nadejda Malıgina, quruluşçu rəssamı Rusiyanın əməkdar rəssamı İqor İvanovdur. Tamaşanın nümayişi uğurla baş tutub.

2010-cu ildə “Eşq və ölüm” baleti Yekaterinburq Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulub. Cari ildə Yekaterinburq teatrı bu tamaşanı Dövlət Akademik Böyük Teatrının səhnəsində və Ankarada nümayiş etdirib, tamaşaların hər biri anşlaqla keçib. Baletdən ayrı-ayrı musiqi parçaları hər il keçirilən Münhen opera sənəti festivalında bu tədbirin musiqi rəhbəri Korneliya Kerssenbrofkun idarəsi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri tərəfindən ifa olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR