Bank Of Baku

“2012-2016-cı illərdə Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb

“2012-2016-cı illərdə Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb
# 20 sentyabr 2011 08:56 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. “2012-2016-cı illərdə Azərbaycan qeyri-maddi mədəni irsinin qorunmasına dair Dövlət Proqramı”nın layihəsi hazırlanıb. Bu barədə APA-ya açıqlamasında Mədəniyyət və Turizm Nazirliyini Mədəniyyət siyasəti şöbəsinin Qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli deyib.
O bildirib ki, Dövlət Proqramının layihəsi artıq təsdiqlənmə mərhələsindədir: “Proqramın icraçısı əsasən Mədəniyyət və Turizm Nazirliyidir. Proqrama əlavə olunan əsas tədbirlər planında icraçılar sırasında həmçinin, Xarici İşlər, İqtisadi İnkişaf, Maliyyə, Təhsil nazirlikləri, Müəllif Hüquqları Agentliyi, QHT-ə Dövlət Dəstəyi Şurası, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, İctimai Teleradio, Tələbə Qəbulu üzrə Dövlət Komitəsi, Azərbaycan Hava Yolları, yerli icra hakimiyyətləri də var. Nazirlər Kabinetinə təqdim olunduqdan sonra adları sadalanan müvafiq nazirlik və qurumlar öz rəylərini, təkliflərini veriblər. O rəy və təkliflər əsasında proqramın son variantı hazırlanaraq hazırda təsdiqlənmə mərhələsindədir”.
Yaşar Hüseynli eləcə də artıq hazırlanan Dövlət Proqramının bir neçə əsas blokdan ibarət olduğunu açıqlayıb: “Burada söhbət qanunvericilik, idarəetmə, maliyyə, informasiya, insan resursları, maddi-texniki baza və beynəlxalq əməkdaşlıq təminatlarından gedir. İkinci bloka xalq yaradıcılığını təşkiletmə vasitələrinin inkişafı daxildir. Daha dəqiq desək bu blokda qeyri-maddi mədəni irsin sahələri – diyarşünaslıq, folklor və sənətkarlıq göstərilib. Üçüncü blokda infostruktur vahidlərinin yenidən qurulması, yeni təsis ediləcək mədəniyyət mərkəzləri və onların diyarşünaslıq, sənətkarlıq filialları haqqında və mədəniyyət-istirahət parkları yer alıb. İnfostruktur layihələrin yenidən qurulması deyəndə tarixən bizə miras qalmış, amma faktiki olaraq fəaliyyəti azaldılmış klub sistemindən gedir. Biz həmin klub sisteminin islahat edilməsi mexanizmlərini bu proqram vasitəsi ilə göstəririk”.
Proqrama əsasən hər bir rayonda mərkəzi mədəniyyət evinin bazasında mədəniyyət mərkəzi yaradılacaq və həmin rayonlardakı klublar bu rayon mədəniyyət mərkəzinin filialları qismində fəaliyyət göstərəcək. Y. Hüseynli deyib ki, bununla da mərkəzləşdirilmə və profilləşdirilmə həyata keçiriləcək. Həmin kənddə və ya rayonda qeyri-maddi mədəni irsin inkişaf sahəsindən asılı olaraq bu ya folklor, ya sənətkarlıq, ya da diyarşünaslıq filialı olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR