Bank Of Baku

TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurasının XXIX toplantısı keçirilir

TÜRKSOY mədəniyyət nazirlərinin Daimi Şurasının XXIX toplantısı keçirilir
# 20 sentyabr 2011 13:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Qazaxıstanın paytaxtı Astana şəhərində Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı (TÜRKSOY) mədəniyyət nazirlərinin Daimi Şurasının XXIX toplantısı keçirilir. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, iclasda mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir.

Toplantıda TÜRKSOY-un baş katibinin və növbəti dövr üçün koordinatorun seçilməsi, türkdilli ölkələrin müstəqilliklərinin bərpasının 20 illiyi ilə əlaqədar görülmüş işlər, təşkilatın 2012-ci il Fəaliyyət Planı və büdcəsi, 2011-ci il “Abdulla Tukay ili” çərçivəsində keçirilmiş tədbirlər haqqında hesabat və digər məsələlərin müzakirəsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR