Bank Of Baku

Akademik Milli Dram Teatrının kollektivi Yaltadan qayıdıb

Akademik Milli Dram Teatrının kollektivi Yaltadan qayıdıb
# 21 sentyabr 2011 07:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi “Teatr. Çexov. Yalta” IV Beynəlxalq Teatr Festivalından qayıdıb. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festivalda Ukrayna, Rusiya, İngiltərə, İspaniya, Fransa, İsrail, Estoniya və Qazaxıstan teatrları iştirak edib.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı festivalda H. Mirələmovun “Xəcalət” tamaşası ilə çıxış edib. Teatrın yaradıcı kollektivi laureat adını qazanıb, bir sıra hədiyyə və mükafatlara, o cümlədən Ukrayna Teatr Xadimləri İttifaqının diplomuna layiq görülüb. Teatrın direktoru İsrafil İsrafilov da Ukrayna Teatr Xadimləri İttifaqının xüsusi diplomu ilə təltif olunub.

Bəhram Osmanovun quruluşunda göstərilən tamaşada baş rollarda xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruzov, əməkdar artistlər Mətanət Atakişiyeva, Əsgər Məmmədoğlu, aktyorlar Əlvida Cəfərov və Xədicə Novruzlu çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR