Bank Of Baku

Musiqili Komediya Teatrında Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə “Kimyagər” tamaşası hazırlanır

Musiqili Komediya Teatrında Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə “Kimyagər” tamaşası hazırlanır
# 21 sentyabr 2011 11:10 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 102-ci mövsümünü Üzeyir Hacıbəylinin “Ər və arvad” operettası ilə Xaçmaz şəhərində açan Musiqili Komediya Teatrı yeni mövsümdə də tamaşaçılarını maraqlı əsərlərlə sevindirəcək. Teatrın kollektivi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə ədibin “Hekayəti Molla İbrahimxəlil Kimyagər” komediyası əsasında hazırlanmış “Kimyagər” (bəstəkar Siyavuş Kərimi, liberetto müəllifi Əjdər Ol) tamaşasını sənətsevərlərə təqdim edəcək.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsərə əməkdar incəsənət xadimi Bəhram Osmanov quruluş verəcək. Quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov olan tamaşada xalq artisti Afaq Bəşirqızı (Kimyagər), əməkdar artist Əkbər Əlizadə, Ramil Qasımov (Həmid), Əzizağa Əzizov, Elxan İsmayılov (Hacı Kərim), Ələkbər Əliyev, Məhərrəm Qurbanov (Ağa Zaman), Ziyadxan Cəbrayılov, Möylə Mirzəliyev (Molla Salman), Novruz Əliyev, Nadir Xasıyev (Məşədi Cabbar), Əliməmməd Novruzov, Hüseyn Əlili (Dərviş), Səmədzadə Xasıyev, Fərid Rzayev (Səfər bəy), Ağaxan Şərifov, Elçin İmanov (Şeyx Salah), Emil Heydərov, Vüqar Hacıyev (Hacı Nuru) iştirak edəcəklər. Gənc rəssamlar Sevinc Həsənova və Novruz Məmmədov tamaşanın bədii tərtibatını verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR