Bank Of Baku

Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib – FOTO

Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib – <font color=red>FOTO </font>
# 21 sentyabr 2011 15:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Trayço Traykovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq, ən əsas turizmlə bağlı yeniliklər müzakirə edilib. Qonaq nazir Bolqarıstanın Azərbaycanla əməkdaşlığa hazır olduğunu vurğulayıb: “Bu gözəl, tarixi şəhərdə olmağımızdan məmnunuq. Azərbaycanla çox yaxın olduğumuzu hesab edirik və bu yaxınlığı daha da mükəmməlləşdirmək lazımdır. Azərbaycanda gedən prosesləri izləyirik və sabah Bakıda keçiriləcək Azərbaycan-Bolqarıstan biznes-forumunda iştirak etməkdən məmnunuq”. Bolqarıstanlı həmkarını və nümayəndə heyətini Azərbaycanda salamlayan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, ölkədə gedən son proseslər, irəliləyişlər haqqında məlumat verib. Nazir eləcə də müxtəlif sahələrdə təcrübə mübadiləsinin də əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, Bolqarıstan nümayəndə heyətinin Azərbaycana səfəri sentyabrın 22-də Bakıda keçiriləcək Azərbaycan-Bolqarıstan biznes-forumunda iştirak etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR