Bank Of Baku

Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Leyli və Məcnun” operası nümayiş etdirilib

Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Leyli və Məcnun” operası nümayiş etdirilib
# 22 sentyabr 2011 09:30 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində “Gəncliyin səsi” konsert proqramı təqdim edilib. APA-nın məlumatına görə, konsertdə beynəlxalq müsabiqələr laureatı Kamran Ömərli (violin) və Ramiz Sevdiməliyev (vibrafon) çıxış ediblər. Musiqiçilər əsərləri konsertmeysterlər Tatyana Qarayusiflinin və Arzu Səfərovanın müşayiəti ilə səsləndiriblər.

Festival çərçivəsində daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində dahi bəstəkarın “Leyli və Məcnun” operası nümayiş etdirilib. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, musiqi rəhbəri və dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı xalq rəssamı Rafiz İsmayılovdur. Leyli rolunu xalq artisti Nəzakət Teymurova, Məcnun rolunu xalq artisti Mənsum İbrahimov ifa ediblər. Operanın nümayişində xarici qonaqlar iştirak ediblər və tamaşanı ayaq üstə alqışlayıblar.

Festival Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir və sentyabrın 30-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR