Bank Of Baku

Azərbaycan “Şərq bazarı” beynəlxalq müsabiqə-festivalında təmsil olunacaq

Azərbaycan “Şərq bazarı” beynəlxalq müsabiqə-festivalında təmsil olunacaq
# 23 sentyabr 2011 14:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan “Şərq bazarı” Beynəlxalq müsabiqə-festivalında təmsil olunacaq. Bu barədə APA-ya Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən məlumat verilib.
Sentyabrın 22-26-da Ukraynanın Krım Muxtar Respublikasının Yalta şəhərində müasir estrada musiqisinin təşviqi məqsədilə keçiriləcək “Şərq bazarı” müsabiqə-festivalında dünyanın 35 ölkə nümayəndəsinin iştirak edəcəyi gözlənilir. Festival Türkiyənin Dövlət Radio və Televiziyası, Ukraynanın və Türkiyənin mədəniyyət və turizm nazirlikləri, Krım Muxtar Respublikasının Mədəniyyət və İncəsənət Nazirliyi və TÜRKSOY-un təşkilatçılığı ilə keçiriləcək. Festivalda Azərbaycanı tanınmış estrada müğənnisi Ayaz Qasımov və bəstəkar Vüqar Camalzadə təmsil edəcəklər.
Müsabiqənin “qran-pri” mükafatını alana 5000 (beş min) dollar veriləcək, digər mükafat sahiblərinə isə diplom təqdim olunacaq. Festivalın təşkilatçılarından biri olan TÜRKSOY isə təşkilat tərəfindən müəyyənləşdirilən bir iştirakçıya 5000 (beş min) dollar məbləğində xüsusi TÜRKSOY mükafatı təqdim edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR