Bank Of Baku

Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib

Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib
# 24 sentyabr 2011 10:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib. APA-nın məlumatına görə, sentyabrın 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konsert proqramı təqdim edilib.

Azərbaycanın xalq artisti, “Şöhrət” ordenli Rauf Abdullayevin dirijorluq etdiyi konsertin solisti Azərbaycanın tanınmış pianoçusu Murad Hüseynov olub. Konsertdə V.A.Motsartın, Y.Haydnın, İ.Bramsın əsərləri səslənib.

Qeyd edək ki, dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunan Üzeyir Hacıbəyli III Beynəlxalq Musiqi Festivalı sentyabrın 30-da başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR