Bank Of Baku

Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə bölgələrdəki musiqi məktəblərində kadr çatışmazlığını aradan qaldıracaq

Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə bölgələrdəki musiqi məktəblərində kadr çatışmazlığını aradan qaldıracaq
# 26 sentyabr 2011 09:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizm Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə bölgələrdəki musiqi məktəblərində hökm sürən kadr çatışmazlığını aradan qaldırmaq üçün müvafiq addımlar atacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, mövcud problemin aradan qaldırılması üçün hər zaman lazımi addımlar atılıb və bu, davamlı olacaq: “Çalışırıq ki, kadr siyasətini daha səmərəli həyata keçirək. Bilirsiniz ki, bu gün ali təhsili olmayan müəllimlərin bu sahədə çalışmalarının davam etdirilməsi üçün xüsusi kurslar açılıb. Onların təkmilləşdirilməsi məqsədilə dair lazımi addımlar atılıb. Sözsüz ki, kadr çatışmazlığı kifayət qədər böyük problemdir. Biz hiss edirik ki, məktəbin şəraiti yaxşı olanda, eyni zamanda nailiyyətləri olanda istər-istəməz kollektivlərdə maraq artır və böyük şəhərlərdən bölgələrə ezam edilən müəllimlərin sayı artır. Bu proqram tək bizim nazirliyin özündən asılı deyil, bu, daha çox Təhsil Nazirliyinin öhdəsinə düşür. Lakin bu günlərdə biz qərara gəlmişik ki, təyinat məsələsini də iki nazirlik qarşılıqlı müzakirə edək və problemin aradan qaldırılması üçün lazımi işlər görk”.

Nazir eyni zamanda musiqi məktəblərində bəzi musiqi alətlərinin çatışmazlığına da toxunub və bildirib ki, bu yöndə də gərəkli addımlar atılır. Ə. Qarayevin sözlərinə görə, Azərbaycanda 230-dan musiqi məktəbi mövcuddur və onların böyük əksəriyyəti son 4 il müddətində yeni musiqi alətləri ilə təmin olunublar: “Hətta dərsliklər dövlət tərəfindən hazırlanıb və təmənnasız təqdim edilib. Lakin məktəblərin maddi-texniki bazalarının gücləndirilməsinə ehtiyac var. Prezidentin imzaladığı sərəncama uyğun olaraq Bakının 4 musiqi məktəbində yenidənqurma işləri aparılır və respublikanın rayonlarında da biz artıq 4 məktəbin inşasını tamamlamaqdayıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR