Bank Of Baku

Gənc Tamaşaçılar Teatrında “Axundov həftəsi” keçiriləcək

Gənc Tamaşaçılar Teatrında “Axundov həftəsi” keçiriləcək
# 26 sentyabr 2011 10:33 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Dövlət Gənc Tamaşaçılar Teatrı noyabr ayının birinci həftəsində tamaşaçılara Şekspirin “Romeo və Cülyetta” tamaşasını təqdim edəcək. APA-nın məlumatına görə, bunu teatrın direktoru Mübariz Həmidov deyib. O bildirib ki, ilin sonuna qədər xalq yazıçısı Elçinin “Buzovna kəndinin əhvalatları” əsəri əsasında hazırlanan tamaşa nümayiş etdiriləcək.

M. Həmidov onu da əlavə edib ki, Azərbaycan dramaturgiyasının banisi, filosof Mirzə Fətəli Axundovun 200 illik yubileyi ilə əlaqədar dramaturqun daha bir komediyasına müraciət ediləcək: “Teatrımız dahi Axundovun bir neçə komediyasına müraciət edib. 2012-ci ildə onun daha bir komediyasını səhnələşdirməyi nəzərdə tuturuq. Bununla da teatrımızda yubiley çərçivəsində “Axundov həftəsi” gerçəkləşəcək”.

2012-ci ildə məşhur ingilis yazıçısı Çarlz Dikkensin də 200 illiyinin qeyd ediləcəyini söyləyən M. Həmidov Azərbaycanda ilk dəfə Gənc Tamaşaçılar Teatrında bu yazıçının yaradıcılığına müraciət edildiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR