Bank Of Baku

Gənc Tamaşaçılar Teatrında “Məhv olmuş gündəliklər” tamaşasının premyerası keçirilib – FOTO

Gənc Tamaşaçılar Teatrında “Məhv olmuş gündəliklər” tamaşasının premyerası keçirilib – <font color=red>FOTO </font>
# 26 sentyabr 2011 10:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində xalq yazıçısı İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər” pyesi əsasında hazırlanan eyni adlı tamaşanın premyerası keçirilib. APA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissoru xalq artisti Vaqif Əsədovdur. Tamaşanın tərtibatı da rejissora məxsusdur. Səhnə əsərinin musiqi tərtibatçısı Mixail Simanovski, rejissor assistentləri Sona Mustafayeva və Elnur Kərimovdur. Rəqslərin quruluşunu Nicat Kazımov verib.

Əsas rolları əməkdar artist Şövqi Hüseynov, aktyorlar Şəfəq Əliyeva, Günel Məmmədova, Sərvər Əliyev, Şəbnəm Hüseynova, Rasim Cəfərov, Nigar Məmmədova, Roza İbadova, Anar Seyfullayev, İlham Əsədov, Elşən Çarhanlı, Emin Sevdiməliyev, Eyvaz İbrahimov, Ceyhun Məmmədov canlandırıblar.

İkihissəli psixoloji dram tərtibatı, yeni quruluş və aktyor ifası ilə diqqəti cəlb edib. Səhnə əsəri saf məhəbbətin qurbanına çevrilən gənc qızın həyatı ilə yanaşı, onunla birgə öz istəklərinə qovuşa bilməyən insanların yaşamını əks etdirir. Səhnə əsəri adət etdiyimiz kimi zaldan deyil, elə səhnədən izlənilib. Bu aktyorların tamaşaçılarla daha yaxın olması, onların daxili hiss-həyəcanlarını daha yaxından duymağa şərait yaradıb. Tamaşada səslənən bütün musiqilərin aktyorlar tərəfindən ifa edilməsi tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Premyerada pyesin müəllifi, xalq yazıçısı İlyas Əfəndiyevin oğlu xalq yazıçısı Elçin də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR