Bank Of Baku

Vəfatının 50-ci ildönümü ilə əlaqədar Bülbülün Fəxri Xiyabandakı qəbirüstü abidəsi ziyarət olunub – FOTOSESSİYA

Vəfatının 50-ci ildönümü ilə əlaqədar Bülbülün Fəxri Xiyabandakı qəbirüstü abidəsi ziyarət olunub – <font color=red>FOTOSESSİYA </font>
# 26 sentyabr 2011 15:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – Bakı. Azərbaycanın böyük sənətkarı Bülbülün vəfatından 50 il ötür. APA-nın məlumatına görə, bununla əlaqədar mərhum sənətkarın həyat yoldaşı Adeli Məmmədova, oğlu Polad Bülbüloğlu başda olmaqla tanınmış simalar Bülbülün Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. Ziyarətdə baş nazirin müavini Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi, Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov, diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Əvvəlcə Bülbülün məzarüstü abidəsi önünə gül çələngləri qoyulub, mərhumun ruhuna dualar oxunub. Daha sonra Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operasından “Şəbi-hicran” partiyası ifa olunub.

Ziyarətdə çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu atasının ruhunu yad edən hər bir kəsə minnətdarlığını bildirib: “Mənim üçün bu gün danışmaq çox çətindir. Atamın ölümündən düz il 50 il keçib. Bu 50 ildə o qədər hadisələr oldu ki... O vaxt inanmaq çox çətin idi ki, artıq biz Qarabağa gedib-gələ bilməyəcəyik. Şuşalılar, digər qarabağlılar, görkəmli sənət ustaları bu gün gəlib Bülbülü yad ediblər. Hər kəsə dərin təşəkkürümü bildirirəm. Xüsusən öz canlarını vətən uğrunda qurban verən şəhidlərə Allah rəhmət eləsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR