Bank Of Baku

Polad Bülbüloğlu: ““Qorxma mən səninləyəm-2” filmində yaşlı nəslin nümayəndələri kimi gənclərə kömək edirik”

Polad Bülbüloğlu: ““Qorxma mən səninləyəm-2” filmində yaşlı nəslin nümayəndələri kimi gənclərə kömək edirik”
# 26 sentyabr 2011 16:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. ““Qorxma mən səninləyəm-1” filmindən artıq 30 il keçib. Bu çox uzun bir məsafədir. Bu filmdə biz özümüzü oynayırıq, əsas intriqa isə cavanların arasında gedir”. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə hazırda çəkilişləri davam edən “Qorxma mən səninləyəm-2” filmi ilə bağlı danışan xalq artisti Polad Bülbüloğlu məlumat verib. O bildirib ki, hazırda filmdə daha fərqli ampluada çıxış edir: “İlk filmdən fərqli olaraq, ikincidə biz daha yaşlı nəslin nümayəndələri olaraq gənclərə kömək edirik. Fikrimcə film çox maraqlı alınacaq və tamaşaçılar həqiqətən də kinoya baxanda zövq alacaq. Bu filmə çox əmək sərf edilib və hələ də zəhmət çəkilir”.

P. Bülbüloğlu deyib ki, filmin çəkilişləri zamanı bölgələrdə maraqlı insanlarla tanış olub və sadə insanların filmin yaradıcı heyətinə çox hörmətlə yanaşdığı görüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR