Bank Of Baku

Müstəqilliyimizin 20 illiyi ilə əlaqədar “Kitab karvanı: İpək yolu ilə” uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisi keçiriləcək

Müstəqilliyimizin 20 illiyi ilə əlaqədar “Kitab karvanı: İpək yolu ilə” uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisi keçiriləcək
# 27 sentyabr 2011 10:23 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın dövlət müstəqilliyinin əldə etməsinin 20 illiyi münasibəti ilə Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Kitab karvanı: İpək yolu ilə” uşaq və yeniyetmələr üçün səyyar kitab sərgisi keçirir. Nazirlikdən APA-ya verilən məlumata görə, sentyabrın 28-dən oktyabrın 4-ə qədər davam edəcək tədbirdə nəşriyyatlar, yazıçılar, kitabxanalar tərəfindən Gəncə, Goranboy, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarının uşaq kitabxanalarına uşaq kitabları hədiyyə olunacaq.

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanası səyyar sərgilərdə hər şəhər (rayon) uşaq kitabxanasına 700 nüsxə kitab kolleksiyası hədiyyə edəcək. Səyyar sərgilərdə təxminən 2500-ə yaxın uşağın iştirakı gözlənilir. Həmçinin uşaqlar səyyar sərgilərin nümayişində uşaq kitablarını çap edən nəşriyyat işçiləri, sevimli yazıçı və şairləri ilə də görüşəcək.

Hər bir rayonda səyyar sərgilər kitabxanaçılar tərəfindən Heydər Əliyev adına parkda təşkil olunur və həmin rayonların özləri tərəfindən sosial tədbirlər həyata keçirilir. Tədbirdə kitabların multimedia nümayişi də təşkil olunacaq, kiçik yaşlılar arasında “Tap görüm” adlı viktorina keçiriləcək. Viktorinanın qalibləri kiçik hədiyyələrlə mükafatlandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR