Bank Of Baku

Bakıda Avropa Filmləri Festivalı keçiriləcək

Bakıda Avropa Filmləri Festivalı keçiriləcək
# 28 sentyabr 2011 12:02 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Oktyabrın 6-10-da Bakıda Avropa Filmləri Festivalı keçiriləcək. Bu barədə APA-ya Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Festival AB nümayəndəliyi və AB ölkələrinin Azərbaycandakı səfirlikləri tərəfindən “Park Cinema” ilə birlikdə təşkil olunub.

Festivalın proqramına 12 ölkənin 11 filmi daxil edilib. Fransalı rejissor Olivye Horl, avstriyalı rejissor Maykl Qlavogger, alman sənədli film müəllifləri Ştefan Kolbe ve Kris Rayt, yunan aktyoru Gennadios Patris festivalın qonaqları olacaqlar.

Filmlərə baxış pulsuzdur. Biletləri “Park Cinema” və “Park Boulevard”dan götürmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR