Bank Of Baku

Milli Məclisdə “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi müzakirə ediləcək

Milli Məclisdə “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsi müzakirə ediləcək
# 29 sentyabr 2011 08:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Milli Məclisin payız sessiyasında “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması planlaşdırılır. APA-nın məlumatına görə, qanun layihəsi sentyabrın 28-də parlamentin Mədəniyyət Komitəsinin iclasında müzakirə edilərək parlamentin plenar iclasına tövsiyə olunub.

Layihənin müəllifi Rafael Hüseynov bildirib ki, təqdim olunan sənəd Azərbaycan xalqının mədəni irsinin tərkib hissəsi olan muğamın qorunması, öyrənilməsi, təbliği, inkişafı və s. ilə bağlı məsələləri özündə əks etdirir.

Müzakirələr zamanı deputatlar son illərdə Azərbaycan muğam sənətinə dövlətin qayğısından danışıb və Heydər Əliyev Fondunun bu istiqamətdə atdığı məqsədyönlü addımları xüsusi vurğulayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR