Bank Of Baku

Azərbaycan Dövlət Rəqs Ansamblı Moskvada konsert proqramı ilə çıxış edib – FOTO

Azərbaycan Dövlət Rəqs Ansamblı Moskvada konsert proqramı ilə çıxış edib – <font color=red>FOTO </font>
# 29 sentyabr 2011 09:45 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. Azərbaycan Dövlət Rəqs Ansamblı sentyabrın 29-da Rusiya paytaxtında konsert proqramı ilə çıxış edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Çaykovski adına sarayda keçirilən konsert Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Federasiyası Mədəniyyət Nazirliyi tərəfindən “2011-ci il Rusiyada Müasir Azərbaycan Mədəniyyəti Mövsümü” çərçivəsində təşkil olunub.

İki böyük hissədən ibarət olan konsert proqramında İ. Stravinskinin “Müqəddəs Bahar”, bəstəkar Eldar Mansurovun “Azərbaycan”, “Qılıncla rəqs”, “Odlar Yurdu”, Aygün Səmədzadənin “Lirik rəqs”, milli rəqslər - “Uzundərə”, “Nəlbəki”, “Vağzalı” və digər rəqslər ifa olunub.

Qeyd edək ki, Azərbaycan Dövlət Rəqs Ansamblı 1970-ci ildə yaradılıb. Hazırda ansamblının bədii rəhbəri xalq artisti, “Şöhrət” ordenli Afaq Məlikovadır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR