Bank Of Baku

Milli Kitabxanada “Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı” mövzusunda konfrans keçirilib

Milli Kitabxanada “Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı” mövzusunda konfrans keçirilib
# 29 sentyabr 2011 13:35 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. M. F. Axundov adına Milli Kitabxanada II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Azərbaycanın dövlət müstəqilliyi və kitab sənətinin inkişafı” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransa AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov aparıcılıq edib.

N. Cəfərov çıxışında bu cür tədbirlərin keçirilməsinin vacibliyini söyləyib: “Azərbaycan 20 il ərzində çox böyük bir inkişaf dövrü keçib. Texnologiya nə qədər inkişaf etsə belə, zaman getdikcə kitabın yenə də alternativsiz olduğu sübuta yetirilir. Kitab yanmır, kitab mövcuddur, kitab yaşayır və kitab mədəniyyətdir”.

Mədəniyyət və turizm nazirinin I müavini Vaqif Əliyev çıxışında Azərbaycanın mövcud kitabxana şəbəkəsi, bu sahədə olan yeniliklər barədə ətraflı məlumat verib. O bildirib ki, ermənilər tərəfindən işğal olunan Dağlıq Qarabağ ərazisində mərkəzləşdirilmiş kitabxana sistemində 927 kitabxana və orada saxlanılan 4,6 milyon nüsxə kitab məhv edilib. V. Əliyev deyib ki, bu gün bütün yaş dövrü üçün 1 milli, 75 şəhər mərkəzi kitabxanası və 3000-dən artıq kənd kitabxanası fəaliyyət göstərir. Mədəniyyət və Turizm Nazirliyinin kütləvi kitabxanalar fondunda 35, 9 milyon nüsxə kitab və digər sənədlər toplanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR