Bank Of Baku

II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatıb - FOTOSESSİYA

II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 30 sentyabr 2011 14:05 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının qapanış mərasimi keçirilib. APA-nın məlumatına görə, qapanış mərasimində çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli üç günlük sərgi-yarmarkanın uğurla baş tutduğunu və əhali arasında çox böyük marağa səbəb olduğunu deyib. Nazirliyin Nəşriyyat sektorunun müdiri, əməkdar incəsənət xadimi, tanınmış şair Çingiz Əlioğlu, M. F. Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov da 3 gün davam edən sərgi-yarmarka çərçivəsində kitab təqdimatları, tanınmış yazarlarla görüşlər, ədəbi-bədii gecələr, simpoziumlar və müzakirələr keçirildiyini bildiriblər.

25 ölkəni əhatə edən tədbirdə 121 Azərbaycan, 135 beynəlxalq nəşriyyatın kitabları təqdim olunub. Sərgi-yarmarkada son üç ildə ölkə nəşriyyatlarında, eləcə də ABŞ, Rusiya, İran, Türkiyə, Macarıstan, Makedoniya, Slovakiya, Belarus, Latviya, Moldova, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər ölkələrdə nəşr edilən kitablar, nəşr məhsulları nümayiş etdirilib.

Çıxışlardan sonra sərgi-yarmarkada iştirak edən hər bir nəşriyyat-poliqrafiya evinə sertifikatlar təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR