Bank Of Baku

Dövlət Kino-Foto Sənədləri Arxivinə aşıq sənətinin ustad ifaçılarına aid 17 fotosənəd daxil olub

Dövlət Kino-Foto Sənədləri Arxivinə aşıq sənətinin ustad ifaçılarına aid 17 fotosənəd daxil olub
# 03 oktyabr 2011 11:26 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Dövlət Kino-Foto Sənədləri Arxivinə aşıq sənətinin ustad ifaçılarına aid 17 saxlama vahidi fotosənəd daxil olub. Milli Arxiv İdarəsindən APA-ya verilən məlumata görə, folklorçu alim, professor Sədnik Paşayevin şəxsi arxivindən təqdim edilən fotosənədlər aşıq Şərbət, şair-aşıq Məsim, aşıq Murad, aşıq Məhərrəm, aşıq Bəndər Muradov, aşıq Hüseyn Saraçlı, aşıq Cümşüd Qurbanov, aşıq Yaşar Əlioğlu, aşıq Əsginaz, aşıq-şair Nəcəf Əlimərdanlı, aşıq-şair Xudaverdi, aşıq Teymur, aşıq İslam Yusifov, aşıq Qara Mövlayev, aşıq-şair Şubay Axundov, aşıq İsrafil, aşıq Əjdər haqqındadır. Hazırda fotosənədlərin müfəssəl məzmunu hazırlanır və arxiv fonduna qəbul üçün rəsmiləşdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR