Bank Of Baku

Azərbaycanda İran Mədəniyyət Həftəsinin açılış mərasimi keçirilib

Azərbaycanda İran Mədəniyyət Həftəsinin açılış mərasimi keçirilib
# 03 oktyabr 2011 17:01 (UTC +04:00)
APA-nın məlumatına görə, tədbir İranın mədəniyyətini, təbiətini, iqtisadiyyatını və sənayesini əks etdirən video-rolikin nümayiş etdirilməsi ilə başlayıb. “Qurani-Kərim”in oxunuşundan sonra İranın Azərbaycandakı səfiri Məhəmməd Baqir Bəhrami çıxış edib. Səfir İranın Azərbaycan dostluq əlaqələrindən, münasibətlərin inkişaf etdirilməsindən danışıb: «Allahdan arzu edirik ki, Azərbaycan işğal olunan torpaqlarını geri qaytarsın. Bütöv Azərbaycan bütün azərbaycanlıların olsun”.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə deyib ki Azərbaycan müstəqilliyin ilk illərindən İrana dostu kimi baxıb və əlaqələrin inkişafına önəm verib. Nazir mədəniyyət həftəsinin prezident İlham Əliyevin xüsusi diqqətində olduğun da qeyd edib: «Bu tədbir mədəniyyətlərarası dialoqun inkişafına təkan verəcək».

İranın islami irşad və mədəniyyət naziri Məhəmməd Hüseyni də iki ölkə arasında tarixi və mədəni əlaqələrin olduğunu vurğulayıb. O, bu tədbirə yüksək səviyyədə diqqət göstərdiyi üçün Azərbaycan hökumətinə təşəkkürünü bildirib.

Qeyd edək ki bu gün Muzey Mərkəzində İran rəssam, nəqqaşların əl işlərinin sərgisi də işə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR