Bank Of Baku

Niderlandın məşhur “MaxTV” kanalı “Eurovision-2012” müsabiqəsinə hazırlıqla bağlı veriliş hazırlamaq üçün Azərbaycanda səfərdədir

Niderlandın məşhur “MaxTV” kanalı “Eurovision-2012” müsabiqəsinə hazırlıqla bağlı veriliş hazırlamaq üçün Azərbaycanda səfərdədir
# 04 oktyabr 2011 09:15 (UTC +04:00)
Bakı. Ülkər Qasımova- APA. Niderland Krallığının məşhur “MaxTV” televiziya kanalının nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyətinin ölkəmizə səfərində məqsəd Azərbaycana dair veriliş hazırlamaqdır. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər oktyabrın 9-dək davam edəcək.

Səfərin əsas məqsədi Azərbaycanın qədim tarixi, zəngin mədəniyyəti, füsunkar təbiəti, turizm infrastrukturu, eləcə də, ölkəmizin müasirliyini, tolerantlığını hollandlara, bütövlükdə Avropaya tanıtmaqdan və avropalıların Azərbaycana marağının artırılmasına nail olmaqdan ibarətdir. Çəkiliş heyətinin səfəri zamanı son illər respublikamızda baş verən hərtərəfli dinamik inkişaf, Bakının tarixi və müasir binaları, həyata keçirilən yeni layihələr, Bakı ətrafında yeni və köhnə neft platformaları, Azərbaycanın qədim xalçaçılıq sənəti, qədim inanclara hörmət və tolerantlıq, “Eurovision-2012” musiqi yarışmasına hazırlıq və digər mövzulara diqqət yetiriləcəyi planlaşdırılır. Çəkiliş heyəti, paytaxtla yanaşı İsmayıllı, Qəbələ, Şəki və Quba rayonuna da səfər etmək niyyətindədir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR