Bank Of Baku

Məhəmməd Hüseyni: “İran hər zaman Azərbaycanın yanında olub, bu strategiyanı bundan sonra da davam etdirəcək”

Məhəmməd Hüseyni: “İran hər zaman Azərbaycanın yanında olub, bu strategiyanı bundan sonra da davam etdirəcək”
# 05 oktyabr 2011 10:32 (UTC +04:00)
İİR-in Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, M. Hüseyni İranın bütün sahələrdə o cümlədən, mədəniyyət, elm, sənaye və abadlaşdırma sahələrindəki təcrübələrini Azərbaycanla paylaşmağa hazır olduğunu bildirib.

Nazir İranın pis və yaxşı günlərində - hər zaman Azərbaycanın yanında olduğunu, bu strategiyanı bundan sonra da davam etdirəcəyini vurğulayaraq, Qarabağ münaqişəsi nəticəsində qaçqın və didərgin düşmüş insanların həyatını əks etdirən sənədli filmi E. Əfəndiyevə təqdim edib. M. Hüseyni deyib ki, İran kinematoqrafiya sahəsində də Azərbaycan sənətçiləri ilə əməkdaşlıq etməyə hazırdır.

Öz növbəsində, E. Əfəndiyev İİR-in güclü ölkə olduğunu, bölgədə gedən siyasi proseslərdə həlledici rol oynadığını deyib, eləcə də elm və mədəniyyət sahəsində nailiyyətlərindən danışaraq, iki ölkənin incəsənət, ədəbiyyat və kinematoqrafiya sahəsindəki əməkdaşlığının genişləndirilməsinə tərəfdar olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR