Bank Of Baku

Əbülfəs Qarayev: “Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycanın İtaliyadakı səfirliyi Ermənistanın təxribatına müvafiq şəkildə cavab verəcək”

Əbülfəs Qarayev: “Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycanın İtaliyadakı səfirliyi Ermənistanın təxribatına müvafiq şəkildə cavab verəcək”
# 05 oktyabr 2011 10:55 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 6-7-də İtaliyanın Rimini şəhərində “TTG İncontri-2011” adlı beynəlxalq turizm sərgisi keçiriləcək. 48-ci dəfə keçiriləcək sərgidə digər ölkələrlə yanaşı, Ermənistan da iştirak edəcək. Mətbuatda yayılan məlumatlara əsasən Ermənistan bu tədbirdə “Dağlıq Qarabağ Respublikasının Turizm Nazirliyi” tərəfindən təmsil olunacaq. APA-nın xəbərinə görə, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın bu beynəlxalq tədbirdə təmsil olunmayacağını bildirib: “Bizim iştirak edəcəyimiz tədbirlərlə bağlı qrafikimiz var. Rimini elə bir şəhərdir ki, biz orada ölkəmiz üçün potensial turistlər cəlb edə bilmərik. Ermənistanın Dağlıq Qarabağ ad ilə orada iştirakına gəlincə, bu, növbəti təxribatdır. Mədəniyyət və Turizm Nazirliyi, eləcə də Azərbaycanın İtaliyadakı səfirliyi bu təxribata müvafiq şəkildə cavab verəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR