Bank Of Baku

Azərbaycan səhnəsində nümayiş olunacaq “Jizel” baletinə Ukraynanın məşhur prima-balerinası Yelena Filipyeva dəvət edilib – FOTO

Azərbaycan səhnəsində nümayiş olunacaq “Jizel” baletinə Ukraynanın məşhur prima-balerinası Yelena Filipyeva dəvət edilib – <font color=red>FOTO </font>
# 05 oktyabr 2011 14:32 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında A. Adanın “Jizel” baletinin tamaşası keçiriləcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tamaşada Jizel partiyasını ifa etmək üçün teatrın rəhbərliyi tərəfindən Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının məşhur prima-balerinası, Ukraynanın xalq artisti, balet artistlərinin bir çox beynəlxalq müsabiqələrinin laureatı Yelena Filipyeva dəvət olunub. Y. Filipyevanın Azərbaycan Opera və Balet Teatrının səhnəsində tərəf-müqabili Ukraynanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Sergey Sidorski olacaq.

Qeyd edək ki, Y. Filipyeva 23 yaşında ikən Ukraynanın xalq artisti fəxri adına layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR