Bank Of Baku

Akademik Milli Dram Teatrında “Qanlı Nigar” tamaşasına ictimai baxış keçirilib

Akademik Milli Dram Teatrında “Qanlı Nigar” tamaşasına ictimai baxış keçirilib
# 06 oktyabr 2011 10:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Akademik Milli Dram Teatrının səhnəsində Türkiyə yazıçısı və ssenaristi Sadık Şəndilin “Qanlı Nigar” tamaşasına ictimai baxış keçirilib. APA-nın məlumatına görə, əsəri Azərbaycan türkcəsinə mərhum rejissor Vaqif İbrahimoğlu çevirib və əsəri də ilk dəfə Milli Dram Teatrının səhnəsində özü hazırlayıb. Tamaşada əvvəllər baş rolları xalq artistləri Amaliya Pənahova və Yaşar Nuri ifa ediblər.
Yeni quruluşda ana teatrın səhnəsinə yol açan bu əsəri gənc rejissor Namiq Ağayev hazırlayıb. Tamaşada Qanlı Nigarı Firəngiz Mütəllimova, Agah ağanı Rafael Dadaşov, Abdini Ayşad Məmmədov, Laz obrazını Tofiq Hüseynov, Narçını Elşən Cəbrayılov, İstinyelini Əli Nur canlandırır.

Tamaşada Türkiyənin məşhur sənətçisi Sezen Aksunun ifasından da istifadə olunur.

“Qanlı Nigar” tamaşasının ictimai baxışında teatrın Bədii Şura üzvləri və aktyorlar iştirak ediblər. İctimai baxışdan sonra Bədii Şurada tamaşanın müzakirəsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR