Bank Of Baku

Bakıda Avropa kinofestivalı başlayıb

Bakıda Avropa kinofestivalı başlayıb
# 06 oktyabr 2011 16:37 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Bakıda “Avropa kinofestivalı-2011”in açılışı olub. APA-nın məlumatına görə, həmin kinofestival Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi və AB-yə üzv dövlətlərin Azərbaycanda təmsil olunan səfirlikləri tərəfindən “Park Sinema” ilə birgə təşkil edilib.

Festivalın açılışına həsr olunan mətbuat konfransında Avropa Birliyinin Azərbaycandakı səfiri Roland Kobia bildirib ki, festivalda nümayiş ediləcək filmlər çox yüksək səviyyəli və Avropada bir sıra mükafatlara layiq görülmüş filmlərdir.

Festivalın açılışı Polşa istehsalı olan “Erratum” (Səhv) filmi ilə olub. Mətbuat konfransında həmin filmin rejissoru Marek Leçki bildirib ki, film dram janrında çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR