Bank Of Baku

Avropa İTS Palatası Azərbaycan Milli Incəsənət Muzeyinə “Avropa Muzey Standartı” təqdim edib - FOTO

Avropa İTS Palatası Azərbaycan Milli Incəsənət Muzeyinə “Avropa Muzey Standartı” təqdim edib - <font color=red>FOTO</font>
# 07 oktyabr 2011 07:35 (UTC +04:00)
Bakı-APA. Avropa İqtisadiyyat, Sənaye və Ticarət palatasının (European Economic Chamber of Trade, Commerce and Industry - EEIG) Direktorlar Şurasının yekdilli qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Azərbaycan Milli İncəsənət Muzeyinə “Avropa Muzey Standartı” (EUMS) verilib. Muzeydən APA-ya verilən məlumata görə, standartın fəxri diplomu Mədəniyyət Nazirliyində EEİG-nin Azərbaycandakı nümayəndəliyinin prezidenti Nizami Piriyev tərəfindən Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevə təqdim edilib.

EEİG-nin Azərbaycandakı nümayəndəliyinin prezidenti Nizami Piriyev bildirib ki, bu, ölkəmizin mədəniyyətinə göstərilən diqqətin bariz nümunəsidir: “Biz çox şadıq ki, ilk dəfə olaraq Azərbaycan muzeyi belə yüksək səviyyəli Avropa Muzey Standartı ilə təltif edilir, bu ölkəmizin mədəniyyətinə göstərilən diqqətin bariz nümunəsidir. Milli İncəsənət Muzeyinə Avropa Muzey Standartının verilməsi bizim üçün qürürverici və sevindirici bir hadisədir.”

Mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də muzeyin Avropa Muzey Standartı ilə təsis edilməsini yüksək qiymətləndirərək bunu bütün Azərbaycan mədəniyyətinin nailiyyəti olduğunu bildirib.

Qeyd edək ki, “Avropa Muzey Standartı” Brüsseldə yerləşən Avropa Ticarət, Kommersiya və Sənaye Palatasının təyin etdiyi standart və kriteriyalara cavab verən, göstərilən muzey anlayışına uyğun gələn, keyfiyyətli muzey xidməti göstərən və peşəkar təcrübəyə malik, xüsusi məsləhətlərin mövcud olduğu seçilmiş muzeylərə verilir. Azərbaycanda Milli İncəsənət Muzeyinə verilən bu sertifikat muzeyin direktoru, professor Çingiz Fərzəliyevə təqdim ediləcək.

Azərbaycan Milli İncəsənət Muzeyi 1936-cı ildə yaradılıb və hazırda XIX əsrin sonlarında tikilmiş iki binada yerləşir. Muzeydə Azərbaycanın, Qərbi Avropanın, Rusiyanın və Şərq ölkələrinin müxtəlif incəsənət eksponatları nümayış etdirilir. Muzeyin ekspozisiyası tarixi xronoloji ardıcıllıqla və ölkələr üzrə təşkil edilib. Muzeyin fondu 6 bölmə: rəssamlıq, qrafika, heykəltəraşlıq, toxuma işləri, metal məhsulları, çini qablar bölmələri üzrə sistemləşdirilib. Muzeydə həmçinin fondu 19-cu əsrdən başlayan xüsusi ədəbiyyatı əhatə edən kitabxana da fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR