Bank Of Baku

Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalı Reyçel Ferrelin ifası ilə açılacaq

Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalı Reyçel Ferrelin ifası ilə açılacaq
# 07 oktyabr 2011 15:21 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Oktyabrın 15-29-da Bakıda Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Mədəniyyət Fondu və “Sweet production” şirkətinin təşkilatçılığı ilə keçiriləcək ənənəvi Beynəlxalq Caz Festivalının proqramı açılıb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, festival müddətində dünyanın tanınmış caz ifaçıları Bakının qonağı olacaqlar. Oktyabrın 15-də Heydər Əliyev Sarayında məşhur caz ifaçısı Reyçel Ferrelin iştirakı ilə festivalın açılış mərasimi keçiriləcək.

Festival çərçivəsində Heydər Əliyev Sarayı ilə yanaşı, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Dövlət Filarmoniyası və Bakı Caz Mərkəzində konsertlər keçiriləcək. Marcio Faraco, Rudresh Mahanthappa, “Aleksandr Maşin və dostları” caz qrupu, De Phazz, Misirli Əhməd, “Yeni adlar” caz layihəsi, Elçin Şirinov, Şahin Növrəsli, Ben Vestbeech, Salman Qəmbərov və Yuri Kuznetsov, Cəmil Əmirov və “Savab” qrupu, İsfar Sarabski, Əfqan Rəsul, Rain Sultanov, Vaqif Sadıxov, Sonny Emory
“Cachet Fusion”, Jazzanova kimi musiqiçi və musiqi kollektivlərinin konsertləri planlaşdırılıb. Festivalın qapanış mərasimi oktyabrın 29-da olacaq.

Festival çərçivəsində Rafiq Babayevin 75 illik yubileyi münasibətilə xatirə gecəsi də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR