Bank Of Baku

Dövlət Filarmoniyasında Cahangir Cahangirovun 90 illik yubileyi qeyd olunub

Dövlət Filarmoniyasında Cahangir Cahangirovun 90 illik yubileyi qeyd olunub
# 08 oktyabr 2011 08:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Filarmoniyasında görkəmli bəstəkar, xalq artisti Cahangir Cahangirovun anadan olmasının 90 illiyinə həsr edilmiş xatirə gecəsi keçirilib. APA-nın məlumatına görə, gecədə Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi, sənətşünaslıq namizədi Lalə Hüseynova bəstəkarın həyat və yaradıcılığından söz açıb. L. Hüseynova Azərbaycan musiqi tarixində ilk dəfə xor üçün muğamın müəllifinin məhz Cahangir Cahangirov olduğunu deyib.

Gecədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin, Azərbaycan Dövlət Xor Kapellasının, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının ifasında bəstəkarın əsərləri ifa olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR