Bank Of Baku

Dram Teatrında “Qanlı Nigar” tamaşasının premyerası keçirilib

Dram Teatrında “Qanlı Nigar” tamaşasının premyerası keçirilib
# 10 oktyabr 2011 12:08 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Qanlı Nigar” tamaşasının premyerası keçirilib. APA-nın məlumatına görə, Türkiyənin tanınmış yazıçısı Sadık Şəndilin müəllifi olduğu əsəri Azərbaycan türkcəsinə mərhum rejissor Vaqif İbrahimoğlu çevirib və əsəri də ilk dəfə Milli Dram Teatrının səhnəsində özü hazırlayıb. Tamaşada əvvəllər baş rolları xalq artistləri Amaliya Pənahova və Yaşar Nuri ifa ediblər.

Yeni quruluşda ana teatrın səhnəsinə yol açan bu əsəri gənc rejissor Namiq Ağayev hazırlayıb. Tamaşada Qanlı Nigarı Firəngiz Mütəllimova, Agah ağanı Rafael Dadaşov, Abdini Ayşad Məmmədov, Laz obrazını Tofiq Hüseynov, Narçını Elşən Cəbrayılov, İstinyelini Əli Nur canlandırır. Tamaşada Türkiyənin məşhur sənətçisi Sezen Aksunun ifasından da istifadə olunur.

Premyera anşlaqla baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR