Bank Of Baku

Gənc azərbaycanlı bəstəkar beynəlxalq festivalının qalibi olub

Gənc azərbaycanlı bəstəkar beynəlxalq festivalının qalibi olub
# 10 oktyabr 2011 14:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gənc azərbaycanlı bəstəkar Ayaz Qəmbərli bəstəkarların 29-cu “ALEA III” festivalının qalibi olub. APA-nın məlumatına görə, oktyabrın 9-da Bostonda keçirilmiş final konsertində Ayaz Qəmbərli “Méthode de sens” adlı kompozisiyasını ifa edib. Azərbaycanlı bəstəkarın bu ifası münsiflər heyətinin və festival iştirakçılarının ürəyincə olub. Müsabiqəyə 208 partitura təqdim olunub, bunlardan yalnız Azərbaycanla yanaşı, Meksika, İspaniya, Yunanıstan, ABŞ və Polşa bəstəkarların əsərləri finala çıxıb.

Qeyd edək ki, “АLEA III” 1980-ci ildən etibarən ABŞ-ın Boston Universiteti tərəfindən təşkil olunur və çox mötəbər bəstəkar müsabiqələrindən biri hesab edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR