Bank Of Baku

Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə kitab sərgisi keçirilib

Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə kitab sərgisi keçirilib
# 12 oktyabr 2011 09:47 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bakın Səbail rayonunda Azərbaycanın dövlət müstəqilliyinin 20 illiyi münasibətilə kitab sərgisi keçirilib. APA-nın xəbərinə görə, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsi, Səbail rayon İcra Hakimiyyəti və rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə keçirilən sərgidə kitabxanalar öz kitablarını nümayiş etdiriblər.

Sərgidə tarixi, bədii, dini, fəlsəfi kitablar, əl işləri, rəsm əsərləri, həmçinin müxtəlif nəşriyyatlar tərəfindən nəşr olunan kitablar nümayiş olunub. Sərgi eyni zamanda satış məqsədi daşıyıb.

Tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov ötən 20 il ərzində Azərbaycanın həm keşməkeşli, həm də şərəfli bir yol keçdiyini deyib: “Bütün çətinliklərə baxmayaraq, bu gün Azərbaycanın iqtisadiyyatı güclənir, əhalinin sosial rifahının artırılması yönündə işlər görülür”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR