Bank Of Baku

Əbülfəs Qarayev Avstriya iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib

Əbülfəs Qarayev Avstriya iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib
# 12 oktyabr 2011 14:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avstriya iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib. Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Avstriya-Azərbaycan Ticarət Palatasının katibi Niklas Şmidmayer, Avstriya Federal İqtisadiyyat Palatasının MDB ölkələri üzrə direktoru Haynz Volter və müxtəlif sahələri təmsil edən avstriyalı iş adamları iştirak ediblər.

Nazir Əbülfəs Qarayev nümayəndə heyətini Bakıda görməyindən böyük məmnunluq hissi keçirdiyini və Azərbaycan ilə Avstriya arasında çox yaxşı siyasi, mədəni və biznes əlaqələrinin olduğunu vurğulayıb. Daha sonra Azərbaycan ilə Avstriya arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyini bildirib. Sonra nümayəndə heyəti tərəfindən turizmin inkişafı, bu sahədə təcrübə mübadiləsi, qış turizmi, eyni zamanda digər konkret tədbir və layihələr müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR