Bank Of Baku

Əbülfəs Qarayev Rusiyanın mədəniyyət naziri və TÜRKSOY-un baş katibi ilə görüşüb

Əbülfəs Qarayev Rusiyanın mədəniyyət naziri və TÜRKSOY-un baş katibi ilə görüşüb
# 13 oktyabr 2011 09:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbulfəs Qarayev Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində Rusiyanın mədəniyyət naziri Aleksandr Avdeyev və TÜRKSOY-un baş katibi Düsen Kaseinov ilə görüş keçirib. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, nazir Ə. Qarayevin rusiyalı həmkarı ilə görüşü zamanı mədəniyyətin ikitərəfli əlaqələrdə xüsusi çəkiyə malik olduğu vurğulanıb və Rusiya ilə Azərbaycan arasında mədəni təmasların yüksələn xətlə inkişaf etməsinin cəmiyyətlər arasında möhkəm bağlar yaratdığı qeyd olunub.

TÜRKSOY-un baş katibi D. Kaseinovla görüş zamanı türk mədəniyyətinin təşviq olunmasında görülən işlər, təşkilatın hazırkı mövqeyi və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR