Bank Of Baku

Akademik Milli Dram Teatrına Gürcüstan, Kipr və Nyu-Yorkdan teatr mütəxəssisləri gələcək

Akademik Milli Dram Teatrına Gürcüstan, Kipr və Nyu-Yorkdan teatr mütəxəssisləri gələcək
# 14 oktyabr 2011 09:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu ay ərzində Akademik Milli Dram Teatrına Gürcüstan, Kipr və Nyu-Yorkdan teatr mütəxəssisləri gələcək. Bu barədə APA-ya məlumat verən Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov deyib ki, ilk olaraq Gürcüstan Dövlət Akademik Dram Teatrının bədii rəhbəri Levan Tsuvadze və teatrın kollektivi oktyabrın 17-18-də Bakının qonağı olacaqlar. Onlar Akademik Milli Dram Teatrında tamaşa nümayiş etdirəcəklər.

Oktyabrın 18-19-da Şimali Kipr teatrının tanınmış siması Hakan Yozçu Akademik Milli Dram Teatrının qonağı olacaq. 20-24 oktyabr tarixlərində isə Nyu-Yorkdan teatr mütəxəssisi Enni Bartın Azərbaycanda olacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR