Bank Of Baku

Azərbaycanın Hindistanla birgə kino istehsalı sahəsində əməkdaşlığı gözlənilir

Azərbaycanın Hindistanla birgə kino istehsalı sahəsində əməkdaşlığı gözlənilir
# 14 oktyabr 2011 10:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanın Hindistandakı səfiri İbrahim Hacıyevlə görüşüb. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Hindistan arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulayıb.

Nazir “Azərbaycan Respublikası hökuməti və Hindistan Respublikası hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında Saziş" layihəsinin qarşı tərəflə razılaşdırıldığını və hazırda sənədin imzalanması məqsədilə müvafiq işlər həyata keçirildiyini söyləyib.

Görüş zamanı Hindistanda Azərbaycan mədəniyyət mövsümünün keçirilməsi, birgə kino istehsalı sahəsində əməkdaşlıq, yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkil olunması, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi və digər önəmli məsələlər müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR