Bank Of Baku

Kolumbiyada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək – FOTO

Kolumbiyada Azərbaycan Mədəniyyət Günləri keçiriləcək – <font color=red>FOTO </font>
# 14 oktyabr 2011 14:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycanda səfərdə olan Kolumbiyanın xarici ticarət naziri Qabriel Düke ilə görüşüb. Nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən APA-ya verilən məlumata görə, görüş zamanı Azərbaycanla Kolumbiya arasında ikitərəfli əməkdaşlığın, siyasi və iqtisadi münasibətlərin hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb, ikitərəfli mədəni təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.

Daha sonra Ə. Qarayev Azərbaycanın geniş turizm potensialı haqqında qonağı məlumatlandırıb və Kolumbiyada fəaliyyət göstərən turizm şirkətlərini hər il aprel ayında Bakıda keçirilən Azərbaycan Beynəlxalq Turizm və Səyahət Sərgisində iştiraka dəvət edib.

Sonra 2012-ci ilin sentyabr ayında Kolumbiyada keçirilməsi nəzərdə tutulan Azərbaycan Mədəniyyət Günləri geniş müzakirə olunub. Ə. Qarayev Mədəniyyət Günləri hazırlıq çərçivəsində Kolumbiyalı jurnalistlər tərəfindən Azərbaycan haqqında reportaj hazırlanması təklifini irəli sürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR