Bank Of Baku

Bakıda “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda beynəlxalq konfrans keçiriləcək

Bakıda “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 17 oktyabr 2011 12:19 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bakıda Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda beynəlxalq konfrans keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin nümayəndəsi Tatyana Kuznetsova, Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin çıxış edəcəklər. Konfrans çərçivəsində bir sıra maraqlı məruzələr dinləniləcək və master-klasslar keçiriləcək.

Konfransda “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı»nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 2.2.17. bəndinin icrasını təmin etmək məqsədi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən nəşr olunmuş “Dağıdılmış sərvətlər, məhv edilmiş kitabxanalar” adlı bukletin təqdimatı da olacaq.

Konfrans Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi, UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin təşkilati dəstəyi ilə baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR