Bank Of Baku

Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş “Biz müstəqilliyimizin həmyaşıdlarıyıq” adlı sərgi təşkil olunub

Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyinə həsr edilmiş “Biz müstəqilliyimizin həmyaşıdlarıyıq”  adlı sərgi təşkil olunub
# 17 oktyabr 2011 13:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında Azərbaycanın Müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar “Biz müstəqilliymizin həmyaşıdlarıyıq” adlı tədbir-sərgi təşkil olunub. APA-nın məlumatına görə, sərgidə Azərbaycan dövlət Rəssamlıq Akademiyasının tələbələrinin və Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin şagirdlərinin 50 ədəd rəsm, qrafika və heykəltəraşlıq əsərləri nümayiş olunub.

Tədbirdə İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rəhbərliyi və digər qonaqlar çıxış edib, Azərbaycanın 20 illik müstəqillik dövründə qazandığı uğurlardan, keçdiyi inkişaf yolundan söz açıblar.

“Biz müstəqilliyimizin həmyaşıdlarıyıq” adlı tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının və Respublika Gənc Turistlər, Diyarşünaslıq Mərkəzinin müəllim və tələbə heyəti, Prezident Qvardiyasının, Daxili Qoşunların əsgərləri, Ali Hərbi Dənizçilik Məktəbinin kursantları və digər qonaqlar iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR