Bank Of Baku

Azərbaycanda “Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması” pilot layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması” pilot layihəsinin icrasına başlanılıb
# 17 oktyabr 2011 18:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanda “Şəhər (Rayon) Mədəniyyət Mərkəzlərinin yaradılması” pilot layihəsinin icrasına başlanılıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, layihənin həyata keçirilməsində məqsəd qədim və zəngin Azərbaycanın qeyri-maddi mədəni irsinin müasir standartlara cavab verə biləcək formada qorunması, bərpası və istifadəsinin təşkili, o cümlədən onun infrastrukturunu təşkil edən klub müəssisələrinin fəaliyyətinin yenidən qurulmasıdır. Belə ki, Azərbaycan qeyri-maddi mədəni irs sahəsinin (diyarşünaslıq, folklor və sənətkarlıq) dəstəklənməsinin təminat mexanizmlərinin monitorinqi zamanı qeyri-maddi mədəni irs sahəsi üzrə bu vaxta qədər mövcud olan Azərbaycan Respublikasının qanunları, müvafiq normativ-hüquqi sənədlər, beynəlxalq konvensiyalar, dövlət büdcəsindən sahənin inkişafına ayrılmış maliyyə vəsaitləri, təşkil olunmuş və iştirak edilmiş milli və beynəlxalq konfrans, sərgi, seminar və s. tədbirlər, nəşr edilmiş kitablar və çəkilmiş filmlər, mədəniyyət evləri, klub, park və müvafiq mərkəzlər şəbəkəsində aparılan işlər və s. barədə toplanmış məlumatlar əsasında sahənin mövcud vəziyyəti təhlil edilib.
Pilot layihədə qeyd olunur ki, Lənkəran şəhərində və İsmayıllı rayonunda Mədəniyyət və Turizm Nazirliyinin sisteminə daxil olan klub müəssisələrinin ilk müasir Mədəniyyət Mərkəzlərinin yaradılması nəzərdə tutulur. Müvafiq klub müəssisələrinin bazasında yerləşəcək və müasir avadanlıqlarla təchiz ediləcək Mədəniyyət Mərkəzləri yerli ziyalıları və mədəniyyət xadimlərini cəlb edərək müvafiq şəhər və rayon mədəniyyət və turizm şöbələrinin fəaliyyətinə dəstək olacaq. Bu məqsədə nail olmaq üçün Azərbaycan qeyri-maddi mədəni irsinin infrastrukturunun yerlərdə optimal şəkildə idarə edilməsini təmin etmək məqsədilə Lənkəran şəhər, İsmayıllı rayon mədəniyyət və turizm şöbələrinin şəbəkəsində olan klub müəssisələrinin şəhər (rayon) səviyyəsində mərkəzləşdirilməsi və
Azərbaycan qeyri-maddi mədəni irsinin diyarşünaslıq, folklor və sənətkarlıq istiqamətlərinin yerlərdə ünvanlı inkişafı məqsədilə Lənkəran şəhər, İsmayıllı rayon mədəniyyət və turizm şöbələrinin şəbəkəsi daxilində olan klub müəssisələrinin profilləşdirilməsi əsas vəzifə kimi göstərilib. Bildirilir ki, öz fəaliyyətini beynəlxalq təcrübəyə əsaslandıran, müvafiq xarici qurumlarla təcrübə və layihə mübadiləsi aparan Mədəniyyət Mərkəzlərinin əsas fəaliyyəti yerli biznes və ictimai qurumların iştirakı ilə yerlərdə qeyri-maddi mədəni irsin, xalq yaradıcılığının dəstəklənməsi, turizmin inkişafına şərait yaradılması ilə bağlı olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR