Bank Of Baku

Bakıda “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda beynəlxalq konfrans keçirilir

Bakıda “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda beynəlxalq konfrans keçirilir
# 18 oktyabr 2011 09:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında “Kitabxanalar milli mədəniyyətin dirçəliş resursudur” mövzusunda beynəlxalq konfransının açılışı keçirilib. APA-nın məlumatına görə, konfrans Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə, UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin təşkilati dəstəyi ilə baş tutur.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirib ki, bu gün ənənəvi nəşrlərin elektron formaya çevrilməsi, rəqəmsal irsin yaradılması kitabxanaların qarşısında aktual problem olaraq gündəlikdə durur. Nazir müavini qeyd edib ki, hazırda əhalinin bütün təbəqələrinə ödənişsiz xidmət edən, dövlətin fasiləsiz informasiya və təhsil siyasətini təmin edən kitabxanaların fəaliyyətinin gücləndirilməsi, onların cəmiyyətin artan və daim yeniləşən informasiya tələbatının zaman və məkandan asılı olmayaraq operativ və dolğun ödəməsi məsələləri mütəxəssislərin müzakirə predmeti olacaq.
Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycanla Rusiya arasında kitabxana sahəsində əməkdaşlığı göz önünə gətirib və konfransın işində uğurlar arzulayıb.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva çıxışında 18 oktyabr tarixinin Azərbaycan dövləti üçün çox önəmli olduğunu xatırladıb və konfransın belə gözəl tarixə təsadüf etməsini xüsusi vurğulayıb. G. Əfəndiyeva eləcə də konfrans iştirakçılarına Azərbaycanın Dağlıq Qarabağ problemi haqda danışıb və bu ərəfədə ərazilərimizdə çoxsaylı kitabxanalarının, nadir nüsxələrin dağıdılan, məhv edildiyini deyib.
Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin nümayəndəsi Tatyana Kuznetsova da iştirakçıları salamlayıb və konfransın işində uğurlar arzulayıb.
İki günlük konfrans çərçivəsində bir sıra maraqlı məruzələr dinləniləcək və master-klasslar keçiriləcək. Konfrans çərçivəsində Azərbaycanın qabaqcıl region kitabxanalarının fəaliyyətinin təqdimatı keçiriləcək və onların fəaliyyətinə həsr olunmuş slayd-şou nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR