Bank Of Baku

Xalçaçı rəssam Kamil Əliyevin 90 illik yubileyi silsilə tədbirlərlə qeyd ediləcək

Xalçaçı rəssam Kamil Əliyevin 90 illik yubileyi silsilə tədbirlərlə qeyd ediləcək
# 18 oktyabr 2011 11:41 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın məşhur xalçaçı rəssamı Kamil Əliyevin 90 illik yubileyi silsilə tədbirlərlə qeyd ediləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, oktyabrın 22-də Kamil Əliyevin qəbirüstü abidəsi ziyarət olunacaq. Sonra Xalça Muzeyində “Kamil Əliyevin xalça dünyası” kitab-albomunun təqdimat mərasimi keçiriləcək.

Oktyabrın 25-də Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində Kamil Əliyevin əsərlərindən ibarət yubiley sərgisi, Muzey Mərkəzində isə yubiley tədbirinin keçirilməsi planlaşdırılır. Naxçıvan, Gəncə, Quba, Xaçmaz və İsmayıllı rayonlarında da yubiley tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Kamil Əliyev Azərbaycan Respublikasının “Xalq rəssamı” adına və “İstiqlal” ordeninə layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR